İntellektual gələcəyimiz

Məktəbəqədər təhsil uşaqların həyatında böyük rol oynayır. Gələcək uğurlara doğru atılmış addımların  ən birinciləri uşaq bağçalarından başlayır. Həmsöhbətimiz 183 saylı dövlət uşaq bağçasının müdirəsi Sədaqət Kazımova öz müsahibəsində bağçada görülən işlərdən, keçirilən tədbirlərdən, çoxsaylı dərnəklərdən danışmışdır. Sədaqət xanım öz işini hədsiz sevən, rəhbəri olduğu kollektivdə səmimiliyi və qayğıkeşliyi, eyni zamanda tələbkarlığı ilə seçilən müdirələrdəndir.

 

—  Sədaqət xanım, rəhbəri olduğunuz 183 saylı uşaq bağçası haqqında ancaq müsbət rəylər eşidilir. Siz bu uğura necə nail olursunuz?

— Yaxşı kadr böyük önəm verir. Bağçamızda savadlı, bacarıqlı, qabiliyyətli, peşəkar müəllimlər, öz işini yaxşı bilən insanlar işləyir. Metodik sahəsi üzrə müasir metodikalar tətbiq edilir : psixogimnastika, kineziologiya, eydetika və s. Bunlardan əlavə, kollektiv daxili səmimi və mehriban münasibət qarşıya qoyulan məqsədlərə çatmaqda yardımçımız olur.

 

-Neçə ildir ki, pedaqoji fəaliyyətlə məşğulsunuz?

-Artıq 35 ildir…

2 hmgmgmgm

-Yəqin ki, bağça sizin üçün doğma bir ev kimidir. Bu da işinizi çox sevməyinizdən irəli gəlir…

-Mən bağçamınızın işçilərinin hamısını böyük bir ailənin üzvləri kimi sayıram. Həqiqətən, işimi çox sevirəm, bağçaya çox bağlıyam.

 

-Fikrinizcə, bağça uşaqların həyatında hansı rolu oynayır? Bağçanı bitirmiş uşaqda hansı keyfiyyətlərin olduğunu görmək istəyirsiniz?

-Ümumiyyətlə, bağça uşaqların həyatında mühüm rol oynayır, çünki məhz bağçada uşağın şəxsiyyət kimi formalaşmasının bünövrəsi qoyulur. Burada onlar müxtəlif biliklərə yiyələnməklə yanaşı kollektivdə davranmaq qaydalarını, sosial münasibətlərdə iştirakı, böyüyə hörməti, özündən kiçiklərə qayğı ilə yanaşmanı öyrənirlər. Bağçamızda aparılan məşğələlərin vasitəsi ilə uşağın təxəyyülü, təfəkkürü, yaradıcılıq qabiliyyətləri, insani keyfiyyətləri, fiziki bacarıqları inkişaf edir. İstərdim ki, istənilən bağçanı bitirmiş uşaq bilik qazanmaqla yanaşı, onda vətənpərvərlik, özünə inam, sərbəst fikrini ifadə etmək keyfiyyətləri olsun. Əlbəttə biz də buna çalışırıq və son nəticədə məzunlarımızla fəxr edirik.

 

-Valideynlərlə münasibətiniz necədir? Onlarla əlaqələri, rəy və təklifləri üzərindəki fəaliyyətinizi hansı şəkildə qurursunuz?

-Bağçamız həmişə valideynlərlə birgə, tərbiyəçi-uşaq-valideyn üçbucağı əsasında öz işini qurur. Valideynləri bayram tədbirlərinə və açıq məşğələlərə cəlb edərək, onların rəy və təkliflərini nəzərə alıb işimizi qururuq.

art (46)

-Bağçanızda tədris ili ərzində yüksək səviyyəli çoxsaylı tədbirlər, açıq dərslər, ustad dərsləri keçirilir. Bu tədbirlərin hazırlanmasında köməyə görə kənardan mütəxəssislər cəlb olunurmu?

-Xeyr, tədbirlərin hazırlanmasında kömək üçün kənardan mütəxəssislər cəlb olunmur, çünki bağçamızda işləyən peşəkar müəllimlər bütün bu tədbirlərin hazırlanmasına böyük həvəslə və eləcə də məsuliyyətlə yanaşırlar. Bu proses kollektiv surətdə baş verir. Müəllimlərin birgə əməyi sayəsində il boyu bir-birindən maraqlı tamaşalar, bayram tədbirləri, açıq dərslər ərsəyə gəlir. Həm də uşaqlar da bu tədbirlərdən böyük zövq alırlar, həvəslə hazırlaşırlar. Bundan əlavə, bağçamızda bir neçə studiya fəaliyyət göstərir, bu studiyaların fəaliyyəti sayəsində ustad dərsləri keçirilir. Bu dərslər də uşaqların ümumi dünya görünüşünün formalaşmasında və müxtəlif istedad və bacarıqların üzə çıxmasında rol oynayır.

 

-Bağçanızda hansı dərnəklər mövcuddur?

-Bağçamızda rəqs, rəsm, şahmat, xor, gimnastika, ingilis dili, elədə də Azərbaycan bölməsində rus dili dərnəkləri mövcuddur. Bu dərnəklərdə uşaqlar öz vaxtlarını səmərəli keçirir, zehni və fiziki qabiliyyətlərini inkişaf etdirirlər.

 

-Müəllim kollektivinin fəaliyyətində əsasən hansı məqamlara diqqət yetirirsiniz?

-Uşaqlara sevgi, nəvaziş, fərdi yanaşma, dərs fəaliyyətinin təşkilində müasir dövrün yenilikərindən istifadə və uşaqlarda müxtəlif biliklərə qarşı maraq hissinin oyadılmasına diqqət yetirirəm.


art (40)

art (41)

-Uşaqlarda ailə, vətən sevgisi erkən yaşlardan formalaşır. Bu sahədə sizdə çox işlər görülür. Bir az bu barədə danışardınız.

-Bağçada aparılan təlim-tərbiyə prosesində vətənpərvərlik hissinin aşılanması böyük yer tutur. 28 may Respublika Gününə, 9 noyabr Bayraq Gününə həsr edilmiş tədbirlərimiz keçirilir. Bu tədbirlərdə uşaqlar vətənpərvərlik mövzusundə şerlər deyir, mahnılar oxuyur, bunun sayəsində onlarda vətənə, dövlətimizə sevginin bünövrəsi artıq kiçik yaşlardan formalaşır.

 

-Çox gözəl. Azərbaycanın dahi yazıçıları, şairləri və digər xadimlərinin, eləcə də dövlətimizin beynəlxalq səviyyədə tanınması üçün keçirdiyiniz tədbirlərdən danışardınız.

— Bildiyiniz kimi, 2016-cil il YUNESKO tərəfindən Vaqif və Nəsimi ili elan edilmişdir. Bu dövr ərzində bağçamızda onlara həsr olunmuş tədbirlər keçirilmişdir. Həmçinin bu il Azərbaycanın digər böyük şairi Səməd Vurğunun 100 illik yubliyeyinə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycanın dahi şairləri tək Azərbaycan yox, bütün Şərq poeziyasında dərin iz buraxmışlar. Bəli, biz uşaqlarımıza kiçik yaşlarından xalqımızın tolerantlığını, qonaqpərvərliyini, dostluq hisslərini aşılamağa çalışırıq.

Bu gün Azərbaycan müstəqil respublikası hərtərəfli inkişaf edir. O cümlədən, başqa dövlətlərə dostluq münasibətləri qurur. Biz uşaqlara nəinki Azərbaycanın tarixini, təbii sərvətlərini, adət-ənənələrini, mədəniyyətini, gözəlliyini aşılayırıq, hətta digər ölkələr haqqında məlumat vermək üçün və müqayisə etmək üçün çoxlu layihələr həyata keçiririk. Məsələn, son 6 müddətində hər il artıq ənənə şəklini alaraq, bağçada “Azərbaycan-Yaponiya”, “Azərbaycan-Gürcüstan”, “Azərbaycan-Çin”, “Azərbaycan-Amerika”, “Azərbaycan-İspaniya” günləri keçirilmişdir. Bu tədbirlərin vasitəsilə biz uşaqlara ölkələr arasında olan dostluq münasibətlərini, həmin ölkələrin tarixini, mədəniyyətini və s. aşılamışıq. “Azərbaycan-Yaponiya” tədbirində yapon səfirinin dediyi sözlər yadımdan çıxmır : “6 aydır Azərbaycandayam, ancaq diplomatların 20 ildə deyə bilmədiyi sözləri bu gün sizin uşaqlar bizə çatdırdılar”.

art (31)

art (32)

Tədbirlərimiz barədə çox danışmaq olar. Gördüyünüz kimi, biz bir yerdə durmuruq, istiqamətimiz zirvəyə doğrudur!

 

-Bağçanızın məzunları haqqında tez-tez eşidirsinizmi?

-Bəli, 183 saylı bağçanın məzunları bütün məktəblərdə seçilir. Biz fəxr edirik ki, məzunlarımız yüksək göstəricilərlə Bakının ən qabaqcıl lisey və gimnaziyalarına, məktəblərinə daxil olur.

 

-Bağçaya aid gələcək planlarınız barədə soruşmaq istərdim. Nə kimi fikirləriniz, ideyalarınız var?

-Bağçamız böyük, 12 qrupludur. Burada təlim-tərbiyə prosesini təşkil edib aparmaq çox çətindir. Lakin burada işləyən peşəkar kollektiv layiqincə işin öhdəsindən gəlir. Biz dünya praktikasından istifadə edib, yeni metodikaları öz proqramımıza uyğunlaşdıraraq tətbiq edirik. Gələcəkdə bu istiqamətdə işi davam etməyi planlaşdırırıq.

Bizim şüarımız : biz Azərbaycanın gələcək intellektual potensialını yetişdiririk!

 

-Sədaqət xanım, ətraflı, dolğun, səmimi söhbətiniz üçün sizə təşəkkür edirəm! Sizə gələcək işlərinizdə uğurlar arzu edirəm!

-Mən də sizə bağçamızın fəaliyyətinə maraq göstərdiyiniz üçün təşəkkür edirəm!

art (48)

art (26)

art (42)

2ttt

IMG_8343

IMG_8347

IMG_8349

 

Müəllif : Günel Sultanova

6 comments

  1. Sedaqet xanima ailemiz adindan tesekkurumu bildirirem .Nevelerimin ucu o baqcada terbiyye alir.Tedbirlerindede istirak etmisem .Xor derneyinin rehberi Kamale xanimin kecirtdiyi hesabat konserti yuksek seviyyede teskil olunmusdu.Butun muellim kollektivine oz minnetdarliqimi bildirirem.

    1. Xanim bagiwdiyin narahat edirem amma men uwagimi bu baxcaya yazdirmag isdiyirem diyirler yer yoxdu yaslide.siz nece qoymuwduz uwaginizi?

  2. Məqaləni böyük maraqla izlədim. Respublikamızda bu cür yüksək səviyyəli bağça olduğuna çox sevindin. Görülən tədbirlər, həyata keçirilən layhələr, məşğələlər uşaqların dünyagörüşünü formalaşdırır,onlara biliklərin əsaslarıni və kollektivçilik ruhunu aşılayır.müdirənin və müəllimələrin əməyini, zəhmətini və professionalliğını, habelə öz işlərini sevmələrini yüksək qiymətləndirirəm.
    Bağçanin nümunəvi fəaliyyərinin işıqlandırılmasının,təblğat baxımından böyük əhəmiyyəti var, ona görə də müəllifi alqışlayıram və bu işini təqdirəlayiq bir iş kimi yüksək dəyərləndirirəm.

  3. Menim ushaqlarim bu bagchada terbiye alib ozum de bu bagchanin mezunu olmusham.Cox xoshbextem ki bu bagchani tanimisham.Cox xanim bir kollektiv yuksek seviyye.Ora sanki bagca yox
    akademiyadir ) Men Bahar )

  4. Men de bu bagcani cox beyenirem tedbirlerinde olan sehneciklerde Zumrud muellimenin emeyi danilmazdir.Usaqlar peshakar aktyorlar kimi obrazlarin ohdesinden gelirler.

Добавить комментарий