“Şuşa uşaqlar üçün”

Son 30 ildə dünyaya gələn övladlarımız təəssüf ki, nə Qarabağı, nə də Şuşanı görüblər. Amma tezliklə bu uşaqlar böyüyüb torpaqlarımızı, şəhərlərimizi bərpa etməyə gedəcəklər. Bu şəhərlərdən biri də qədim Şuşamızdır! Böyümüş uşaqlar orada məscidlər, evlər, banklar, məktəblər tikəcək, parklar salacaq, muzeylər açacaqlar. Kimi isə Şuşaya istirahətə və ya nənə-babasına baş çəkməyə gedəcək.

Ötən illərdə heç uşaq ədəbiyyatı da yox idi ki, oğlan və qızlar Qarabağın tarixindən nəsə oxusunlar, şəhərlərlə, orada yaşayıb-yaratmış böyük azərbaycanlılarla tanış olsunlar. Bəhram əmi bu problemi həll etdi və sabahdan Bakının bütün kitab mağazalarından əldə edə biləcəyiniz “Şuşa uşaqlar üçün” adlı gözəl bir kitab nəşr etdi. Şuşada görüşənədək, balaca dostlarım!

52 views

комментарий

  1. Bəhram müəllim mən sizə öz təşəkkürümü bildirirəm bu gözəl kitabları hazırladığınız üçün. Mən özüm müəlliməm və böyük qürur hissi ilə sinifimə bu kitabı təqdim edəcəm. Mən sizdən xahiş edirəm bu kitabı siniflə birgə oxuduqdan sonra şəxsən sizinlə müzakirə edərdik. Bu mənim və sinifim üçün böyük bir şərəf olardı.

Добавить комментарий для Cəmilə Отменить ответ