(1986)
Rejissorlar:
Ceyhun Mirzəyev, Vaqif Mustafayev
Ssenari müəllifi: Mövlud Süleymanlı
— İsrafil, tez ol, sən öl, gəliblər, 7 nəfər rivizor.
— Evdə də uşaqlar deyir, atamız işə gedib!
— İstəmərsən ki, səni, ucqar dağ kəndinin sakinini
uzaq Liviya səhrasında görsünlər, alqışlasınlar?
— Yox.
— Düz deyirsən, elə səni görməsələr yaxşıdır!
— Ay yoldaş, bir az sakit olar?
— Olar.
— Görəsən, monqol turistləri monqol dublyonkalarını burdan niyə alırlar?
— Kvartalın axırı nə ölmək salmısan!
— Miriş, get qız evindən ət maşınının dəstəyini gətir!
— Ələsgər!
— Eee, nə Ələsgər, Ələsgər!
— Salam, sağol!
— Sənə əjdaha lazımdır?
— Yo, mənim nəyimə lazım?
— Elə mənə də lazım döyül.
— Gəlirlər, yazırlar, gedirlər!
— Axırda da boşandılar.
— 8 min pul alıblar, oynamaqlarına bax…
— İndi güllə atılacaq, bütün kənd gözləyir.
— Nə güllə?
— Bəydadaşın gülləsin deyir də.
— Aaa.
— Emosiya azdı.
— Adə, bir az diri oynuyun da!
— Qalx, əziz qonaqlar üçün toğlunu kəs!
— Əl-ələ verib gedirlər Bakıya, mikrorayon tikməyə.
— Sən get, mən tələsirəm.
— Mənəm e, Hidayət məllim.
— Sabah bir leysan olacaq ki, tut ucundan göyə çıx!
— İsrafil, kinoçəkənlər gəlib!
— Neçə nəfərdilər?
— 4 həfər.
— Adə, bəs dünən ikiydilər?! Bu gün 4 olublar.
— Ordan eşit, burdan oyna!
— Mən demək istəyirəm ki, o xaricdə olan əjdahadan bizdə niyə yoxdur?
— Ayə, bu uşaq-muşağı özün yola sal!
— Olmaz ee, mən onun anasını sevirəm!
— Kaş onu birdəfəliy oğurlayardılar, canımız qutaraydı.
— Nətər yanı oynamırlar ee, ayə, niyə oynamırsız?
— Onu görəndə atamın gözləri ağrıyır.
— Ya gərək indi gedək oturaq İsrafilin elçi daşının üstündə, ya da gərək bir kişi oğlu tapıla, daşı götürüb vura İsrafilin başına!
— Qız oğlana deyir ki, Anton… yox, Antoni… yox, Antoni, sən mənim ürəyimi yaralamısan!
— Miriş, nə böyük oğlan olmusan, maşallah!
— Bu kino ki var… Çox qəliz məsələdir…
— Həm qəlizdi, həm də ki vacib.
— Amma atası rəhmətlik yaxşı tarçalan idi.
— Narahat olma, öz tarçalanımız var.
— Dədə, indi yaxşı kino olacaq…
— Ayə, dur, get yat!
— Bizimkilər belədi də. Öz kinomuza bir dəfə baxmırıq, amma onun-bunun kinosuna 43 dəfə baxırıq.
Книги->Книга «Азербайджанфильм: афоризмы и крылатые выражения»