QAYNANA

(1978)

Rejissor: Hüseyn Seyidzadə

Ssenari müəllifi: Azad İbrahimov

000221.jpg

— Əlün qurusun elə, əlüüün.

Biyə, Biyə, atondu, anondu!

— Adə hirreeeeee!

— Hardasan, ay məşədi Kazım, gəl gör sənin cənnətüvün nə cəlalı var.

— Hanı mənim təsbegim, hara qoymuşam mən oni?

— Adə, Qrişa itivə di, bizim qapıdan keçəndə hürməsün!

— Ay mamovun anasının qarnına çiban çıxsın elə!

— Adam nə qədər mamasından olar?!

— Ağəz, bu, öyü də alər əlimdən, özümü də verər məhkəməyə.

— 40 il bu kişiynən bir yastığa baş qoydum, bir dəfə də maç eləmədi məni.

— Adə, sən kimin dərdindən ölməmisən bəyəm? Allah rəhmət eləsün Şeydanı. Yun çubuğuna döndərmüşdün. Adə, Zəhranı demirəm hələ. Camış kimi arvadıydı. Hansını deyim, həə? Adə, birdi, ikidi. Kəs adə… Sən bəyəm arvad saxlıyan yetimsən? Yeri, xoş gəldün.

— Axı sən nə biləsən, bu nədir? Dişlərin dibini möhkəmləndirir, nəfəsi təravətləndirir, indi bütün dünya saqqız çeyniyir.

— Bibi, al da bu qızı mənimçün!

Qayinana4.jpg

— Bu, qızın xırda cer-cehizidi.

— Gəlin mənim süpürgəmdi, harda qoydum, orda da durmalıdı.

— Mən arvad saxlayan deyiləm? Onda qoy arvad məni saxlasın.

— Ağəz, qorxma, kukladı.

— Mənim aptek butkamı bağlayan hələ anasından olmayıb.

— Ay qız, onu aton doğub, yoxsa anon əkib, hə?

— İndi gələcəklər intiliketlər, kəllə dolu, cib boş.
Mənimki onlarla tutmaz.

— Adın batsın, Afət!

Qayinana3.jpg

— Ağəz, quş deyil, xalis bayquşdu!

— Mən onu görən kimi bildim, hansı yuvanın quşudu.

— Onbarmağa, nənəsi üçün kəfən almağa!

— Səni görüm elə əyiləsən, elə əyiləsən, heç qalxa bilmiyəsən. Güngörməmişin biri güngörməmiş.

— Onu görüm o təsbey sahibi ona qənim olsun! Çıx o təsbeyi ver bura!

— Yenə qaldım qapı dalında.

— Ağəz, məndə o bəxt hardandı… İsrən gün ölsəydi, bu gün üçüydü.

— Gördün, yıxılmışdımaaaaaa.

— 3 olar a?

— Yox, 2-dü.

— Bu beşdü, bu da altı.
— Yox e, 5-dü. Bəs o əlindəki nədi?
— Şaxsey, buna bax a, yapışıb əlimə.
— Mən onu qopardaram.

— Qızın atası Şəkixanovlardandı. Anası da Seyidbəyovlardan.

— Bu kuklanı bu günə kim qoyub?
— Ağəz, qıza oxşayırdı, saçını kəsdim, elədim oğlan.

Qayinana5.jpg

— Ay qarı nənə, fransız saqqızı çeynə!

— Ay maşaallah, ay maşaallah, ağəz, bir dayan əl çalım səninçün.

— Maşın-maşın cehizi var gəlnimin, ay gəlnimin.

Qayinana2.jpg

— Oğru qaynanam imiş!

— Ayə, bura başdan ayağa dəlixanadır ki…

— Ağəz, mənim yerimə kimi göndərirsən?

— Həyətdə it az idi, biri də çamadandan çıxdı.

— Ay bala, ver gəlsün.

— Anam hardadır?
— Cəhənnəmin isti qucağında.

— Yedün, dadundu, verdün, adundu, sandıxçada qaldı, yadundu.

— Qapı niyə bağlıdı?
— Əccəb eləmişəm. Öz qapımdı, özüm bilərəm!

— Götür o ütünü, çək mənim təpəmə

— Nənə, pul ver də?
— Pul anonda, doxtur adamdı.

slide038.jpg

— Adə, bu nədi?
— Baletdi də.
— Nə?
— Hə?
— Həəəəəə.

— Ağəz, mən cəhənnəmə, xurustala heyfün gəlsin.

— Mənə də Cənnət deyərlər aaa.
İha ahahaha.

— Dəlidi?
— Həə, dəlidi dəəəə, özü də lap zırramasından.

— Adə, qırx ildir mən başıma İran xınası yaxıram, kimə gəlirsən bu kələyi, ay julik?

— Neçiyədi turpun dəstəsi?
— 15 qəpik.
— Ədə, heç utanmırsan, çörək bir abbasıya doludur.

Qayinana1.jpg

— Adə, sənə üz göstərəndə astarını da istiyirsən…
— Astarını istəmirəm, Sədaqəti istiyirəm.

— Gəl qapını aç, Şahənşahın təşrif getirir.

— Aaa, adə, bular lap lüt madaqizadü ki!

— Adə, Kuzneçovdu???
— Yaponski.

— Mən nə dedim, mənim sözüm qanundu!

 

Книги->Книга «Азербайджанфильм: афоризмы и крылатые выражения»