YOL ƏHVALATI

(1980)

Rejissor: Asim Cəlilov

Ssenari müəllifi: Teymur Bəkirzadə

Yol4.jpg

— Bu nədi, Ariondu?
— Pier Dies!
— Kapstrandı də?
— Fransuzski.

— Sizi bura yığmaqda məqsədim odur ki, sizinlə işləmək çox çətindi. Sizdən adam olmuyub, olmuyacaq da.

— Mən onun əyri ayaqlarından raqatka düzəltməsəm, atamın oğlu deyiləm.

— Başına papaq qoyursan?
— Bəli, arada şlyapa da qoyuram, başımın razmeri
də 59-dur.
— Ala, onu demirəm, deyirəm yəni bir qeyrətün var
sənün?! Bir it səni gic eliyib, sən də gəlib
düşmüsən Jek-in üstünə!

— Camaat şir-pələng saxlıyır, bu nədi, əəə?
— Atamın yadigarıdu…

Yol2.jpg

— Yoldaş Zeynalov, xahiş edirəm, Tezik məsələsinə
tez əncam çəkəsiz.
— Çağıraram kabinetə, söhbət edərik.
— Kimi, Teziki?
— Hə də, Teziki.
— Tezik axı itdi.
— Adə, məni sən gic eləmisən! Tezikin xozeyniynən
danışacağam.

— Götürək elə mənim bacım oğlu Makintoşu! Nə qədər demək olar, ay oğul, bu xırda-xuruş alverdən əl çək. Noski, noski derjatel, nə bilim, qalstuk, qalstuk derjatel. Kstati, qalstuk dedim yadıma qalstuk düşdü. Bu hərif mənə o gün fransuzski qalstukun yerinə ərəbski qalstuk itələyib. Gəlmişəm evə qızım mənə deyir ki, papa, bu yarlık bura əlnən tikilib ki. Akajivitsa bu heç ərəbski də deyil, nə bilim, nə zibilskidir.
Atamın goru üçün fransuzskidi.
Yalansa, fransuzski ilan vursun dilünnən!

— Qurban əmi düz deyir, kollektivin qayğısına
qalmaq lazımdır!
— Sən qələtüvü elə, söz verəndə danişarsan, otur!
Mollalıq eləmə.
— Məni narahat eliyən odur ki, bizim bu saat
işimizin razqar vaxtıdır. Rəhmətliylər yığıb məni
boğaza.

Yol3.jpg

— Hı-hı, hı-hı, adə, bu nədi adə, sən öl, bu gün dəlixanaya düşmüşəm… Biri itdən danışır, biri evlənmək istəyir.

— Burda nə var idi?
— Heç, boş divar idi, bir də qaynatamın şəkli,

Həmdullanın.

— Nə var, alə, düüüd, düüüd görürəm dəəə, başımı keçəl elədün eee!!!

— Ala, mən kiminsə toyuğuna daş atmışam? Kimin­sə pişiyinə piş demişəm?

Yol.jpg

— Neçə tondur?
— Kim, qız?

— Mən elə hər yerdə deyirəm ki , sən belə delovoy oğlansan.

— Bilirəm, oğlum, mən qızımı kim olsa, ərə verərəm. Çerçeniya müəllimi, zavmaq, şofer, daje kandidat nauk. Lijbı qızım xoşbəxt olsun.
— İndi kosmos əsridi. Televizor svetnoy, xokkey, futbol, raketa!

— Ayə, yatma ye, ayıq ol! Elə ki gördün darıxırsan, qışqırarsan sveji piraşki!

Книги->Книга «Азербайджанфильм: афоризмы и крылатые выражения»